xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri

6-05-2025, 14:22 4 dəfə baxılıb



Son illərdə Fransada kriminal vəziyyət xeyli pisləşib və indi ölkədə təhlükəsiz yer qalmayıb.

Bu xəbərdarlığı Fransa ədliyyə naziri Gerald Darmanin “Legend” onlayn media orqanına verdiyi müsahibədə qeyd edib: "İndi heç bir təhlükəsiz yer qalmayıb. Məsələn, narkotiklər həmişə olub, amma indi ən kiçik kənddə də kokain, kannabis haqqında bilirlər - narkotik əvvəllər yalnız böyük şəhərlərdə, metroda var idi. İndi bu fenomen metastaz verib və fransızlar üçün adi hala çevrilib. Yelisey çölünə çıxanda başa düşürsən ki, indi istənilən yerdə oğurluğa məruz qala bilərsən, çünki kütləvi yerlərdə oğrular rahat dolaşır”.

Onun sözlərinə görə, bu neqativ tendensiyalarla mübarizəyə “cəmiyyətdə texnologiya, vətəndaş azadlıqları haqqında paranoya” və şəxsi məlumatların kataloqlaşdırılması mane olur. Nazir hesab edir ki, sifətin tanınması texnologiyasından istifadə cinayətlə mübarizənin açarıdır. Nümunə olaraq nazir Dubay və Sinqapur təcrübəsinə istinad edib ki, artıq hava limanlarında belə texnologiyadan istifadə olunur.

Qeyd edək ki, Fransa 2024-cü il Olimpiya Oyunları zamanı küçələrdə və Olimpiya obyektlərində vəziyyətə nəzarət etmək üçün süni intellekt alqoritmlərindən istifadə edən sistemdən artıq istifadə etmişdi. Əvvəlcə sistemin yalnız olimpiada dövründə tətbiq edilməsi müzakirə edilsə də, sonda 31 mart 2025-ci il tarixinə qədər uzadıldı, daha sonra hökumət 18 mart 2025-ci il tarixdə Nəqliyyat Təhlükəsizliyi Aktına edilən dəyişikliklə mexanizmi 2027-ci ilin martına qədər uzatmağa cəhd etdi. Lakin aprel ayında Fransa Konstitusiya Şurası bu düzəlişi ləğv etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi