xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

“Hamı evini tikib, hasarını çəkib, yol üçün məsafə qalmayıb”

15-01-2020, 17:00 47 dəfə baxılıb

“Hamı evini tikib, hasarını çəkib, yol üçün məsafə qalmayıb”


İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi

Bakıətrafı qəsəbələrdə 2325 km yol çox bərbad vəziyyətdədir”.

Yol-xeber.az “Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, Hazırda Bakının qəsəbə və kəndləri arasında 301 km yol yenidən təmir olunub və istifadəyə verilib:

“İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi. Sakinlərin müraciət və şikayətləri nəzərə alınaraq yolların yenidənqurulması işi bizim quruma verilib.



Sözügedən ərazilərdə yeni yaşayış massivləri salınıb, ancaq onlara məlumat verilməyib ki, yolların tikintisi necə aparılacaq. İndi hamı evini tikib, hasarını çəkib, yolun çəkilməsi üçün lazım olan 6 metrlik məsafə qalmayıb. Biz yeni yollar çəkirik, ancaq səth sularını axıtmağa yer tapmırıq. İnsanlar evi tikən zaman şəraitini də düşünməlidir. 2023-cü ilə kimi Bakıətrafı qəsəbə və kəndlərdə bütün yolların yenidən təmir olunması, asfaltmaşma işlərinin yekunlaşması gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi