xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Daha bir ölkə Avropa İttifaqından çıxa bilər

19-12-2019, 09:45 65 dəfə baxılıb

Daha bir ölkə Avropa İttifaqından çıxa bilər


Polşa Ali Məhkəməsi məhkəmə sistemi haqqında yeni qanun layihəsinin hakimlərin müstəqilliyini təhdid etdiyini bildirərək, layihə qəbul ediləcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxmalı olacağını bəyan edib.

Qafqazinfo xəbər verir ki, Ali Məhkəmə hakim Hüquq və Ədalət Partiyasının parlamentə təqdim etdiyi və sabah müzakirə olunacaq “siyasi fəaliyyət göstərən hakimlərin cəzalandırılması” və “Ali Məhkəmə sədrinin seçki müddətinin dəyişdirilməsi”ni nəzərdə tutan layihələrlə bağlı açıqlama yayıb.

Açıqlamada hakimlərin müstəqilliyini ciddi şəkildə təhdid edən bu qanun layihəsinin hökumətlə həmfikir olmayan hakimlərin vəzifədən kənarlaşdırılmasına səbəb olacağı bildirilib. Layihə təsdiqlənərsə, ölkənin Aİ-dən çıxmalı olduğu ilə bağlı xəbərdarlıq edilib.

Ali Məhkəmənin mətbuat katibi Mişal Laskovski mətbuata açıqlamasında “Bu qanun layihəsi Polşa Konstitusiyasına ziddir” deyib.

Avropa Xalq Partiyasının sədri Donald Tusk isə sosial şəbəkə vasitəsilə polşalıları etirazlara çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi