xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto

21-12-2024, 12:08 6 dəfə baxılıb

Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto


Sürücülərin içkili olub-olmadığını müəyyənləşdirən alkotester cihazının yaradıcılarndan biri sərxoş halda saxlanılıb.

xarici KİV xəbər verir ki, alkotesterlərin dizaynında əməyi keçən ingilis təqaüdçü alim Dr. Riçard Leysi (70) içki içdikdən sonra sükan arxasına keçib və qəza törədib.

Noyabrın 23-də İngiltərənin Talqart şəhərində Leysinin avtomobili yol ayrıcında səkiyə çırpılıb.
Hadisə yerinə gələn polis alimi alkotesterlə yoxlayıb.
Sürücünün nəfəs testində 41 mikroqram (norma 35 mikroqram) spirt aşkar edilib.

Leysi məhkəmədə nahar zamanı bir neçə stəkan şərab və bir şüşə pivə içdiyini etiraf edib. O, keçmişdə alkotesterlərin dizaynı ilə məşğul olduğunu bildirib.

“İçdiyim miqdarı yanlış qiymətləndirmişəm", - o söyləyib.

Əvvəllər heç vaxt bənzər hadisə yaşamayan Leysi 13 ay sürücülük hüququndan məhrum edilib.

Alkoqol haqqında maarifləndirmə kursu tamamlanarsa, bu müddət 13 həftə qısaldıla bilər. O, həmçinin 925 funt sterlinq cərimə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi