xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTO

23-12-2021, 09:43 154 dəfə baxılıb

Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTO


Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “Kia Rio” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “Kia Rio” markalı maşının sərnişini 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.

S. Vəliyev Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, leytenantdır.

Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTOAzərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTOAzərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi, gənc qadın xəstəxanaya yerləşdirildi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi