xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır

27-09-2024, 15:30 1 dəfə baxılıb



44 günlük müharibədə məhv edilən erməni hərbçilərindən 88-i hələ də dəfn olunmayıb.

Bu barədə “Joxovurd” qəzeti Ermənistan Səhiyyə Nazirliyinə istinadən yazır.

Qəzet qeyd edir ki, müharibədən 4 il keçsə də, 88 hərbçinin cəsədi hələ də müxtəlif morqlarda qalır: “Onların DNT-si müəyyən edilib, lakin dəfn olunmayıblar. Buna səbəb hərbçilərin validenylərinin DNT müayinəsinin nəticələrini qəbul etməkdən imtina etmələridir. Validenylər DNT identifikasiyasının məlumatlarının reallığa uyğun gəlmədiyini düşünürlər”.

Erməni hüquqşünas Taquhi Tovmasyan da bildirib ki, nəticələr reallığa uyğun deyil.

“Misal üçün, bir valideynə üç əl veriblər, deyirlər ki, bu üç əl sənin oğlunundur, götür basdır. Başqa bir valideynin oğlunun boyu 182 santimetr olub, oğlan 43 ölçülü ayaqqabı geyinib, lakin onlara 160 santimetr boyu olan insanın DNT İD-ni veriblər. Bəzi valideynlər var ki, övladları ilə bağlı nəhəng araşdırma aparıb, onların məlumatları ilə istintaqın məlumatları üst-üstə düşmür”, - o bildirib. (Publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi