xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:40 – Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb 
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 09:28 – Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 

32-si getdi: Bakıda nə qədər erməni qalıb?

14-12-2023, 11:56 8 dəfə baxılıb

32-si getdi: Bakıda nə qədər erməni qalıb?


Azərbaycan və Ermənistanın razılaşmasına əsasən dünən hərbçilərin dəyişdirilməsi başa çatdı.

Publika.az xəbər verir ki, bu ilin aprel ayında azaraq Ermənistan sərhədini keçən əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirov Bakıda həbsdə olan 32 erməni hərbçisi ilə dəyişdirildi.

Bu dəyişdirilmədən sonra Azərbaycanda əsas müzakirə mövzularından biri Ermənistanda nə qədər əsirimizin qalmasıdır. Eyni müzakirə Ermənistanda da aparılır, onlar Azərbaycanda saxlanılan erməni hərbçilərin sayını dəqiqləşdirməyə çalışırlar.

H.Axundov və A.Bəbirovun azad edilməsi ilə Ermənistanda Azərbaycan hərbçisi qalmadı. 44 günlük müharibədə və sonrakı dövrdə çox az sayda hərbçimiz əsir düşmüşdü və onların hamısı azad edilib.

Azərbaycanda saxlanılan erməni hərbçilərin olduğu isə sirr deyil. 44 günlük müharibədə onminlərlə fərarisi olan erməni ordusundan həm də çoxsaylı əsir götürülmüşdü, onların bir çoxu ordumuzun qarşısında döyüşə bilmədiyi üçün silahı yerə qoyub təslim olmuşdu. Müharibədən sonra əsirlərin dəyişdirilməsi prosesində əksəriyyəti Ermənistana qaytarıldı. Lakin müharibədən sonra Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan Qarabağa hərbçi göndərməkdən əl çəkmədi. Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində onlarla erməni hərbçisi saxlanıldı. Bununla yanaşı, Ermənistanın sərhəd təxribatları zamanı da saxlanılan erməni hərbçilər olub. Onların bir çoxu təhvil verilsə də, hələ də qalanlar var. Bakıda saxlanılan erməni hərbçilər müharibə əsiri yox, Azərbaycan sərhədləri daxilində qanunları pozmuş şəxslərdir, aralarında hətta xarici ölkədən, misal üçün, Livandan olanlar da var.

Ermənistan mediası hüquq müdafiəçilərinə istinadən Bakıda 80 erməninin saxlanıldığını iddia edir. Bu rəqəmlər nə Azərbaycan, nə də Ermənistanın rəsmi açıqlamalarında əksini tapımayıb və sadəcə iddiadan ibarətdir. Hətta bəzi erməni resursları saxlanılanların yüzlərlə olduğu iddiasını da irəli sürür. Rəsmi İrəvan isə Azərbaycanda hələ də 23 erməni hərbçinin qaldığını iddia edir. Bütün bu iddialar rəsmi Bakı tərəfindən təsdiq olunmayıb. Hərbçilərin son mübadiləsində bizim üçün ən vacib məqam Ermənistanda heç bir əsirimizin qalmaması idi və buna nail olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi