xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Ukraynalı hərbi ekspert: Kiyev Moskvanın şərtinə razı olacaq

3-09-2024, 12:09 6 dəfə baxılıb

Ukraynalı hərbi ekspert: Kiyev Moskvanın şərtinə razı olacaq


Ruslar əmindirlər ki, əgər onlar Donetsk vilayətində Pokrovskda nəzarəti ələ keçirə bilsələr, o zaman Ukrayna danışıqlara və münaqişənin dondurulmasına razı olacaq.

Bunu ukraynalı hərbi ekspert Yevgeni Dikiy "Kanal 24"ə açıqlamasında deyib .

“Ruslar bu müharibəni strateji şəkildə aparırlar, rusların əsas məqsədi var. Bu, müharibədə qələbə əldə etməkdir. Bu strateji məqsəd naminə çoxlu qurbanlar verməyə hazırdırlar”, -ekspert qeyd edib.

Ekspertin sözlərinə görə, Kiyev Kurskda qarşısına qoyduğu məsədlərə nail ola bilmədi. "Ruslar, əksinə Donbasda hücumu daha da sürətləndirdilər. Onların hesablamaların hesablamalaırna görə, Kursk bölgəsində baş verənləri tamamilə minimuma endirmək üçün Donbassdakı hücumlarını maksimuma çatdırmaqdır”, - ekspert qeyd edir.

O eyni zamanda əlavə edib ki, rusların hesablamalarına görə, Donbasda Pokrovskın zəbt edilməsi çox möhtəşəm qələbə kimi təqdim oluna bilər: "Bundan sonra ukraynalılar tam ümidsizliyə qapılacaq və rusların hücumunun dayandırmağın mümkün olmadığını etiraf edəcəklər.

Deyiləcək ki, hətta Kursk bölgəsinə daxil olmaq belə bu hücumu dayandırmadı və buna görə də biz razılığa gəlməliyik, münaqişəni dondurmalıyıq. Bu isə çox risklidir. Donbasdakı hücumlarından sonra ilk "sınan" tərəf Ukrayna tərəfi olacaq. Pokrovsk şəhərinin itirilməsindən sonra sonra münaqişənin dondurulmasına razı olacağıq”,- Dikiy qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi