xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bakının hədəfi: Laçın dəhlizində gömrük postu rusların əli ilə quruldu - AÇIQLAMA

6-12-2022, 09:17 62 dəfə baxılıb

Bakının hədəfi: Laçın dəhlizində gömrük postu rusların əli ilə quruldu - AÇIQLAMA


"Volkovun “Laçın dəhlizinin girişinə mini gömrük post quraşdırılacaq” açıqlaması Azərbaycanın dəhlizə post quraşdırması demək deyil: postu ruslar qurur, lakin Bakının tələbi ilə..."

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi “texniki imkanlarımız yoxdur” bəhanəsini irəli sürürmüş: "Və bundan çıxış yolu kimi Bakının tələbi-istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığı əldə olunub.

Bu razılaşmanın olması qanunsuz daşımaların qarşısının alınması demək deyil, ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd, dəhlizdə hələ ki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi, hadisələrin inkişafına təsirə edə bilər".

Ekspert qeyd edib ki, bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək.

"Növbəti qanunsuz daşınma faktından sonra (bu, mütləq baş verəcək) dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq və o zaman, rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq.

Proseslərdən belə nəticə çıxır ki, Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi