xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ölkə qan gölünə çevrildi - VİDEO

6-08-2024, 11:13 1 dəfə baxılıb

Ölkə qan gölünə çevrildi - VİDEO


Banqladeşdə baş nazir Şeyx Hasina Vacidin ölkədən qaçmasından sonra etirazçılar dövlətin qurucu lideri Mucibur Rəhmanın heykəllərini yıxmağa başlayıblar.

Baş nazir Şeyx Hasina Vacidi istefa verib ölkəni tərk etsə də, Banqladeşdə etiraz dalğaları səngimək bilmir.

Baş nazir ölkədən qaçdıqdan sonra etirazçılar rəsmi dövlət binalarına basqın edərək yararsız hala salırlar. Etirazçılar baş nazirin iqamətgahını ələ keçirib, parlamentin zalını isə yararsız hala salıblar. Vəziyyət o həddə çatıb ki, etirazçılar ölkənin qurucu lideri Mucibur Rəhmanın heykəllərini dağıtmağa başlayıblar.

Ölkəni bürüyən etiraz dalağaları nəticəsində təkcə son iki gündə 231 nəfərin həyatını itirib, yüzlərlə insan isə yaralanıb.
Banqladeşin Şerpur şəhərində etirazçılar tərəfindən ələ keçirilən həbsxanadan 500-dən çox məhbusun qaçdığı bildirilir.

Qeyd edək ki, etiraz dalağalarına səbəb Banqladeşdə İstiqlal Müharibəsində iştirak edənlərin ailələri üçün güzəştlərin tətbiqi olub. Etiraz dalğası baş nazirin istefası və ölkədən qaçması ilə nəticələnib.
Siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş Ordu Komandanı Hasinanın istefa verdiyini və keçid hökumətinin qurulacağını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi