xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

26-07-2024, 16:00 2 dəfə baxılıb



Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Avropa İttifaqının Ermənistanla viza rejimini ləğv etməsi qərarı nəyə hesablanıb? Hərbi yardımın ardınca atılan bu addım İrəvanın gələcəyi üçün nə vəd edir?

- Fransanın Ermənistanla bağlı siyasəti alt-üst oldu. Azərbaycan Fransanı çox çətin vəziyyətə saldı. Bu, Avropa İttifaqı üçün gözlənilməz siyasi zərbə idi. Həmin zərbənin Azərbaycan tərəfindən vurulacağına inanmırdılar və gözləmirdilər. Fakt odur ki, Fransanın müstəmləkəçilik siyasətini Azərbaycan ifşa etdi. Bununla Fransa çox çətin vəziyyətə düşdü.

Hazırda rəsmi Paris bu məngənədən çıxa bilmir. Ona görə də, Avropa İttifaqı ABŞ-nin təhdidi ilə bu prosesə qoşuldu. Onlar əvvəlcə Azərbaycanın AŞPA-da olan parlament nümayəndə heyətini hədəf aldılar. Bundan sonra Aİ Ermənistana 10 milyon avroluq hərbi yardım ayırmağı gündəmə gətirdi. Daha sonra viza rejimin ləğvi məsələsi ortaya atıldı. Həmin taktikadan Aİ Ukraynaya, Gürcüstana qarşı da istifadə etmişdi. Sadəcə olaraq Gürcüstan 15 ildən sonra ayıldı ki, Avropa İttifaqı onu özü üçün qula, nökərə çevirir. Ona görə də, gürcülər bunu öz qürurlarına sığışdırmadı.

Ermənilərdə isə qürur anlayışı olmadığına görə həmişə öz maraqlarına xidmət edən etno-korporativ qrup kimi hərəkət edirlər. Bu baxımdan indiki halda Aİ-nın Ermənistanla viza rejimini ləğv etməsi heç bir məntiqlə izah oluna bilməz.

- Ermənistanın hərbi potensialını artırmaqda Avropa İttifaqının məqsədi nədir?

- Məqsədləri Ermənistanda müasir hava hücumundan müdafiə sistemi qurmaqdan ibarətdir. Bunu xristian həmrəyliyi və sair kimi amillərlə izah etmək olar.

Digər tərəfdən Rusiya hərbi elitasında da müəyyən qüvvələr var ki, Ermənistanı hərtərəfli olaraq dəstəkləməyi təklif edir.

- Sülh danışıqlarının aktiv dönəmində Ermənistana edilən hərbi yardımlar prosesə necə təsir edə bilər?

- Həmin qüvvələrin əsas məqsədi Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlamasına nail olmaqdır. Azərbaycanı mümkün qədər günahkar çıxararaq öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Azərbaycanın son 300 ildə əldə etdiyi uğurları onun əlindən almaq kimi bəd niyyətləri var. Çünki bu çirkin planlara başqa ad vermək olmur. Bunu açıq danışmaq lazımdır.

- Bu halda Azərbaycanla Ermənistan arasında yeni hərbi eskalasiyanın başlaması təhlükəsi nə dərəcədə real görünür?

- Əslində bu tək iki ölkə arasında bir müharibə olmayacaq. Bu üçüncü dünya müharibəsinin başlaması deməkdir. Azərbaycan bu halda meydanda tək qalmayacaq. Bakının əsas müttəfiqləri Türkiyə, Pakistan və digər türk dövlətləri, eləcə də İsraildir. Beləliklə dünya iki cəbhəyə bölünəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi