xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Kritik gəlişmə: Ərdoğan qatılmadı – Paltosunu geyinərək salonu tərk etdi

10-03-2020, 11:50 67 dəfə baxılıb

Kritik gəlişmə: Ərdoğan qatılmadı – Paltosunu geyinərək salonu tərk etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Brüsselə (Belkiça) səfəri baş tutub.

Əvvəlcə NATO Baş katibi Yens Stoltenberqlə görüşən Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Çarlz Muişel və Aİ Komissiyasının sədri Ursula von der Leyenlə bir araya gəlib.

Türkiyə Prezidenti görüşlərdən sonra Mişel və Leyenlə planlaşdırılan birgə mətbuat konfransına qatılmaqdan imtina edib.

Alman mediası Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin görüşdən 1.5 saat sonra paltolarda salondan ayrıldığını yazıb. Gərgin keçən görüşdən sonra Ərdoğanın mətbuat konfransı keçiriləcək salonun yerinə hava limanına getdiyi vurğulanıb.

Toplantıdan dərhal sonra Mişel və Leyen jurnalistlərin suallarını cavablandırıb.

Misel Türkiyə Prezidenti ilə miqrant məsələsini müzakirə etdiklərini bildirib: “Aradakı anlaşılmazlıqları aradan qaldırmağa çalışırıq. Ortada yanlış anlaşılmalar var”.

Ursula von der Leyen isə qaçqınların Yunanıstanla yanaşı, Türkiyənin də köməyinə ehtiyacının olduğunu deyib:

“Çox yaxşı dialoq baş tutdu. Həm Avropa İttifaqının, həm də Türkiyənin maraqlarını qorumağa çalışacağıq”. (teleqraf.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi