xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paşinyana məsləhət görüblər ki... - AKTUAL

13-06-2024, 14:22 4 dəfə baxılıb

Paşinyana məsləhət görüblər ki... - AKTUAL


Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib. Paşinyan bu cür kombinasiya haqqında ilk dəfədir açıqlama verir. “Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür” – deyən Nikol Paşinyan rəsmi Bakının maneəsiz keçid şərtini qəbul etməyə hazırdırmı? Paşinyanın “praktiki addımlarla real dünya” haqqında fikrini belə oxumaq mümkündür ki, baş nazir dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazırdır. Amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq. Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi.


Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi