xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Çin Pakistanın neft-qaz ehtiyatlarına göz dikib

10-06-2024, 09:05 1 dəfə baxılıb

Çin Pakistanın neft-qaz ehtiyatlarına göz dikib


Çin hakimiyyəti dənizdəki neft və qaz ehtiyatlarının və qaz hidratlarının hasilatı sahəsində Pakistana yardım göstərmək niyyətindədir.

Bu barədə məlumat Pakistanın baş naziri Şahbaz Şərifin Çinə səfərinin yekunlarına dair birgə bəyanatda əksini tapıb.

Çin Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir ki, Çin Pakistanla dənizdə neft və qaz ehtiyatlarının və qaz hidratlarının istehsalı sahəsində əməkdaşlığı gücləndirməyə və Pakistanın dəniz neft və qaz yataqlarının işlənməsində milli müəssisələrin fəal iştirakını təşviq etməyə hazırdır.

Sənədə görə, Pekin və İslamabad enerji sahəsində əməkdaşlıqda əldə etdikləri irəliləyişdən məmnundurlar. Vurğulanır ki, Çin və Pakistan “bazar və kommersiya prinsipləri nəzərə alınmaqla” qarşılıqlı faydalı əsasda müvafiq proqramlar həyata keçirəcək.

Qeyd edək ki, Çinin çox ağır şərtlərlə Pakistana verdiyi borcu İslamabad artıq neçə illərdir qayata bilmir. Borcun faizləri müqabilində Çin Pakistanın çox mühüm əhəmiyyətli və gəlirli limanı olan Qvadaharı demək olar ki, özününküləşdirib.(Musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi