xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ

13-05-2024, 15:30 2 dəfə baxılıb



"İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər. Amma etirazların lideri və simvolu olan “keşiş Qaponun”, Qalstanyanın dünən gedib Koçaryanla görüşməsindən, “Qarabağ klanının” bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür". Bu sözləri REAL-ın təmsilçisi Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir:
"Yeni siyasi-fəlsəfi diskurs açır, xəyali Ermənistandan real Ermənistana keçid edir, sülhdən, əməkdaşlıqdan danışır. "Qarabağ klanı", kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər. Orta-statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta-statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir. İqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur. Yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir. İrəvanın baş meydanında 20-25 min adam yığışdı. Bu, son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma qarşıdakı günlərdə artıq o qədər insan yığışacağını düşünmürəm. Əgər məlum olsa ki, meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən təəccüblənmərəm. İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır..".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi