xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...

4-05-2024, 09:00 0 dəfə baxılıb

Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...


"Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməsi ehtimalı azdır. Çünki bu, birbaşa Rusiya ilə təmasın qurulması deməkdir".

Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı bildirib. O əlavə edib ki, Paşinyanın Putinin yanında mövqe sərgiləməsi Ermənistana dəstək verən Qərb tərəfindən birmənalı qarşılanmayacaq:

"Həmçinin Ermənistanın anti-Rusiya siyasəti fonunda da, bu siyasətə uyğun gəlmir. Bu baxımdan Paşinyanın andiçmə mərasimində iştirakdan imtina edəcəyi gözlənilir. Sadəcə burada bir məqam var ki, Paşinyanın mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etməsi ehtimalı daha çox görünür. Ermənistan əvvəldən KTMT və MDB-nin iclaslarından yayınmağa çalışır. Çünki hərbi və siyasi baxımından Qərbdən dəstək ala bilir. Amma Avrasiya İqtisadi İttifaqında iştirakdan yayınmır, əksinə daha çox maraqlı görünür. Çünki iqtisadi baxımdan Ermənistanın alternativi yoxdur, yəni bu bazardan asılıdır.

O baxımdan Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsini Qərb tərəfdaşlarına izah edə bilməz. Amma ittifaqın iclasında iştirakını izah edə bilər. Paşinyan Moskvaya gedəcək, amma burada qəribə bir vəziyyətin yaranacağı da istisna deyil. Bütün hallarda Paşinyan Putinlə üz-üzə gələcək və istər-istəməz ona qarşı mənfi münasibət olacağı aydın görünür. Bir gün öncə Putinin andiçmə mərasimində iştirak etməyən Paşinyan bir gün sonra Moskvada olacaq, Putinlə bütün hallarda təmasda olacaq. Yəni Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaranacaq".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlanacaq.

Yada salaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi