xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır

19-03-2024, 11:49 4 dəfə baxılıb

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır


Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir.

Avropa Şurasının prezidenti Şarbunu l Mişel Avropa liderlərinin Brüssel sammiti ərəfəsində "Euractiv"də “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” adlı məqaləsində qeyd edib.

Şarl Mişel əlavə edib ki, Rusiya Ukraynada uğur əldə edərsə, dayanmayacaq. “Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan taktikasını davam etdirir”, - o qeyd edib.

Mişel xəbərdarlıq edib ki, adekvat reaksiya olmasa, növbəti hədəf Avropa ola bilər.

"Əgər biz Aİ-nin reaksiyasını düzgün təşkil etməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göstərməsək, növbəti biz olacağıq", - Avropa Şurasının rəhbəri əlavə edib.

Ona görə də Şarl Mişel Avropanın iqtisadiyyata yanaşmasını yenidən nəzərdən keçirməyi və müdafiə məsələlərinə üstünlük verməyi, “müharibə iqtisadiyyatı” rejiminə keçməyi təklif edir.

“Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb. Biz artıq başqalarına arxalana bilmərik və ya ABŞ-də və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, - Mişel yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi