xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

“Paşinyan Avropa Birliyinə namizədlik məsələsini çox tez bitirmək niyyətindədir...” - “Johovurd”

7-03-2024, 15:30 5 dəfə baxılıb



Bu gün – martın 7-də Ermənistan baş naziri N.Paşinyan və nazirlər yenidən parlamentdə hakim qanadın deputatları ilə qapalı görüş keçirəcəklər.

Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti yazır.

“Bu, son günlər hakim “Vətəndaş sazişi” (“VS”) partiyasının deputat üzvləri ilə Nikol Paşinyan arasında üçüncü görüşdür. Bəs bu intensiv görüşlərdə hakimiyyət nəyi müzakirə edir? Mənbələrimizin bildirdiyinə görə, bu günlərdə “VS”-də gündəm mövzusu Avropa Birliyinə üzvlüyə namizəd olmaqdır və baş nazirlə görüşlərdə bu məsələni müzakirə edirlər. Dünən bu məsələ Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşün də gündəliyində olub. Əldə etdiyimiz məlumata görə, Aİ üzvlüyünə namizəd olma prosesinin əsas kuratoru məhz Təhlükəsizlik Şurasının katibi olacaq”, -erməni nəşri qeyd edir.

Qəzetin mənbələri daha sonra bildirir ki, Nikol Paşinyan bu məsələni çox tez bitirmək niyyətindədir.

“Ona görə də Ermənistanın qısa müddət ərzində Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir. Onun həmin növbədə nə qədər gözləyəcəyini söyləmək çətindir”, -deyə davamında Ermənistan qəzeti vurğulayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi