xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Armen Qriqoryanın Qərblə müstəqil oyunu Paşinyanı narahat etməyə başladı... - “Hraparak”

30-01-2024, 16:00 8 dəfə baxılıb



Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Vətəndaş sazişi”(“VS”) partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq sferasına daxil olub.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” yazıb.

“ “VS”-də artıq qərbyönlü komanda yoldaşlarına isti münasibət yoxdur, çünki Qriqoryan nə vaxtsa komandadan ayrılıb və ön plana keçib. Hər kəs Qarabağ mənşəli olduğunu inkar edən Armen Qriqoryanın partiya üzvləri arasından Qərb tərəfindən seçildiyini və hətta Nikol Paşinyanın varisi hesab edildiyini anlayıb”, - deyə davamında erməni nəşri yazır.

Nəşr iddia edir ki, Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, saziş imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın əvəzləməsi istisna edilmir.

“ “VS”-in komandadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, artıq indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb”,- deyə Ermənistan qəzeti vurğulayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi