xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Conson NATO-nu darmadağın etdi: Putini tanımırsız!

15-07-2023, 10:03 23 dəfə baxılıb

Conson NATO-nu darmadağın etdi: Putini tanımırsız!


NATO liderləri bu həftə Vilnüsə gələndə nə etməli idilər? Onlar güclü olmalı idi. NATO-nun bütün məqsədi budur.

Axar.az xəbər verir ki, bu sözləri Britaniyanın sabiq baş naziri Boris Conson “Deyli Meyil” üçün qələmə aldığı yazısında Vilnüsdə keçirilən sammitdə NATO liderlərinin Ukraynanı Alyansa dəvət etməmək qərarını tənqid edərkən bildirib.

O, Qərbi güclü olmağa, boş söhbətlərə son qoymağa və Ukraynanı tez bir zamanda NATO-ya qəbul etməyə çağırıb.

O qeyd edib ki, Alyans üzvləri Ukraynanın qəhrəmancasına müqavimətinə görə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər:

“Bu döyüşdə heç bir NATO əsgəri yaralanmadı və ölmədi, çünki biz NATO ölkələrində bilirik və daim deyirik ki, ukraynalılar hamımız üçün vuruşurlar”.

Consonun sözlərinə görə, Putini Ukraynanı işğal etməyə sövq edən Qərbin qətiyyətsizliyi olub:

“Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə Ukrayna ordusundan daha güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə Ukraynadan daha çox ehtiyacı yoxdur".

Consonun fikrincə, Alyansdan Ukraynaya yalnız dəqiq cədvəl vermək tələb olunurdu ki, ukraynalılar müharibədən dərhal sonra - hətta gələn il başa çatsa belə, Alyansda gözlənildiklərini bilsinlər:

“Bu həftə ukraynalıların aldığı yeganə şey budur: “müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə” NATO-ya üzv olmaq üçün “dəvət”. Təəccüblü deyil ki, Prezident Zelenski əvvəlcə məyusluğunu gizlətməkdə çətinlik çəkdi. Müttəfiqlər nə vaxt razılaşır? Nə vaxt şərtlər yerinə yetirilir? Müttəfiqlər bütün bunları 15 il əvvəl Buxrestdə razılaşdırıblar!”

Consonun sözlərinə görə, nə qədər ki, Ukrayna NATO-nun 5-ci maddəsinə uyğun olaraq rəsmi təhlükəsizlik təminatlarından məhrumdur, Putin terroru davam etdirəcək:

“Putinə yanaşmada son 20 ilin dərsindən nə vaxt nəticə çıxaracağıq? Hələ də o düşünür ki, Ukraynanı Moskvanın orbitinə qaytarmaq üçün şans var; hələ də o düşünür ki, Sovet İttifaqını bərpa edə bilər – o buna çalışacaq”.

Conson qeyd edib ki, əsas problem bəzi tərəfdaşların hələ də müharibənin yalnız danışıqlar yolu ilə bitəcəyinə inanmasıdır:

"Onlar düşünürlər ki, biz indi “qeyri-müəyyən” olmaq məcburiyyətindəyik, çünki Ukraynanın NATO-ya üzvlüyü hələ də razılaşmanın bir hissəsi ola bilər. Onlar düşünür ki, Putinlə razılığa gəlmək olar – Rusiya qoşunlarını çıxarır və biz Ukraynanın NATO-ya üzv olmasına icazə vermirik. Bu ağılsızlıqdır. Bu müharibə boyu Qərb eyni səhvi təkrarlamağa meyilli olub: Putini həddən artıq qiymətləndirmək və Ukraynanı qiymətləndirməmək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi