xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ - Bu şəxslər ehtiyatlı olsun...

17-04-2023, 16:00 17 dəfə baxılıb

Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ - Bu şəxslər ehtiyatlı olsun...


"Sabah ölkə rəazisində geomaqnit sahəsinin aktiv olacağı gözlənilir".

Bunu BAKU.WS-ə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Aynur Abdulkərimova bildirib.

Onun sözlərinə görə, geomaqnit sahəsinin aktivliyi günəşdə baş verən fəallıqla əlaqəlidir və günəş küləyi vasitəsilə geomaqnit sahəsinə təsir edən yüklü zərrəciklər yerin maqnit xətlərini kəsərək geomaqnit qasırğasına səbəb olur:

"Bu ay üçün 20, 27 və 30 aprel tarixlərində zəif geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. 18 apreldə isə geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. Maqnit qasırğalarının yüksək səviyyələrində radio siqnalların, peyk rabitəsinin kəsilməsi baş verə bilər. Sualtı internet kabellərinin, peyklərin, elektrik şəbəkələrin zədələnməsi də baş verə bilər ki, nəticədə insanlar üçün böyük problem yaranar".

Qeyd edək ki, maqnit qasırğasının əsas təsiri meteohəssas insanlara aiddir. Bu şəxslərdə elektromaqnit dalğası fonunda qan təzyiqi dəyişir, haldan-hala düşülür və başqa hallar qeydə alınır. Həmin şəxslər proqnozlara diqqət etməli, imkan daxilində göstərişlərə əməl etməli, evdə qalmalı və həkimlə əlaqə saxlamalıdır. Maqnit qasırğası zamanı daha çox qan təzyiqi oynayır, nəbz yüksəlir, ürək döyünməsi artır, boğulmalar və başqa hallar baş verə bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi