xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTO

8-02-2023, 10:58 93 dəfə baxılıb

Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTO


Türkiyədə 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini kəsdiyi nöqtə tapılıb.

Bu barədə İzmir Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, geologiya mühəndisliyi üzrə professor Hasan Sözbilir məlumat verib.

Hasan Sözbilir qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində Kahramanmaraş-Qaziantep magistral yolunun Tevekkelli kəndi yaxınlığında baş verən zəlzələnin təsiri ilə yolun üç metr kənara sürüşdüyü aşkarlanıb.
“10 şəhərdə minlərlə insanın ölümünə və mal itkisinə səbəb olan qırılma xəttinin Yer səthi üzərində parçalandığı nöqtə müəyyən edilib. Bu, 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin səthi kəsdiyi ərazidir. Qırılma xəttinin parçalanması Yerin səthində orta hesabla ən azı üç metr sürüşmə yaradıb, onu asfalt yolun sol yan tərəfdən orta hesabla üç metr məsafədə yerdəyişməsindən də başa düşə bilərik. Bu qırılma xətti elmi ədəbiyyatda Gölbaşı-Türkoğlu seqmenti kimi tanınır. Beləliklə də qırılma xəttinin Gölbaşı-Türkoğlu xətti boyunca keçdiyini deyə bilərik. Bu zona boyunca və yaxınlıqdakı evlərin çox hissəsi dağılıb”, - deyə professor qeyd edib.

Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni da açıqlamasında bildirib ki, Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib.

Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTOTürkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTOTürkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTOTürkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi