xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Tehran Pekin arasında ciddi qalmaqal: İran bu ölkələri hədələdi

12-12-2022, 15:20 37 dəfə baxılıb

Tehran Pekin arasında ciddi qalmaqal: İran bu ölkələri hədələdi


Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri və orada verdiyi bəyanat Tehranla Pekin arasında ciddi gərginlik yaradıb.

Səfər çəçirvəsində Çin və Körfəz ölkələri Əməkdaşlıq Şurasına (PGCC) üzv dövlətlərin Ər-Riyadda keçirilən sammitinin yekununda imzalanan birgə bəyanatında İranı beynəlxalq terrorçuluqda ittiham edilməsi və üç adanın İrana aid olmaması barədə deyilənlərə razı olması, Çini özünə yaxın dost və müttəfiq hesab edən Tehranın Pekinin belə bir bəyanata imza atması, ciddi qəzəbə və əməlli-başlı gərginliyə səbəb olub.

Nəticədə Tehran rejimi Çin lideri Si Cinpinin imzaladığı bəyanata kəskin reaksiya verməli olub.

İran XİN sözçüsü Naser Kənani bu bəyanatı Şura üzvlərinin “bölgədə fəaliyyət göstərən terror qruplaşmalarına maliyyə, siyasi və maddi-texniki dəstəyi gizlətmək” üçün “boşuna cəhd” adlandırıb.

XİN sözçüsü Şuranın bir sıra üzvlərinin “dağıdıcı siyasəti” nəticəsində region sakinlərinə dəymiş külli miqdarda maddi və insan tələfatına toxunaraq, onları regional məsələlərə yanaşmalarına yenidən baxmağa və “konstruktiv” mövqe tutmağa çağırıb.

İranlı diplomat “Press Tv”yə açıqlamasında adalar məsələsinə toxunaraq bəyan edib ki, Tehran adalara qarşı hər hansı iddianı sabitliyi pozan, daxili işlərinə müdaxilə və ərazi suverenliyinin pozulması hesab edir və bunu qəti şəkildə pisləyir.

“İran ərazisinin hər hansı digər hissəsi kimi, üç ada da heç vaxt heç bir ölkə ilə danışıqlar mövzusu olmayıb və olmayacaq”, - o qeyd edib.

Bəyanatda İranın “beynəlxalq sularda və neft obyektlərinin təhlükəsizliyinə” tədid yaratmasına gəldikdə Kənani bildirib ki, İranın silahlı qüvvələri regional suların dəniz təhlükəsizliyini qorumaqda qərarlıdır və bu cür bəyanatlar öz ölkəsi və bölgəsinin təhlükəsizliyini qorumaq əzmini sarsıda bilməz.

Kənani həmçinin bildirib ki, Çin liderinin Şuranın sammitində iştirak etdikdən sonra Çinin Tehrandakı səfiri Çanq Hua Xarici İşlər Nazirliyinə dəvət olunub.

Onun sözlərinə görə, görüş zamanı Tehran Pekin tərəfinə öz qəti etirazını bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə öz növbəsində üç adanın - Əbu Musa, Böyük Türbə və Kiçik Türbənin İran ərazisinin əbədi hissəsi olduğunu vurğulayıb və İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edib.

Hüseyn Əmir Abdullahiyan tviter hesabında yazıb ki, İranın ərazi bütövlüyünə hörmət etmək zərurətinə gəldikdə, kim olmasından asılı olmayaraq, tərəflərə qarşı hər hansı addım atmaqdan çəkinməyəcək.

İran prezident aparatının siyasi məsələlər üzrə direktor müavini Məhəmməd Cəmşidi də Çin və Səudiyyə Ərəbistanının açıqlamasına qəzəbli reaksiya verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi