xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Rusiya-NATO TOQQUŞMASI: Çexiya ən təhlükəli ssenariyə hazırlaşır

23-11-2022, 11:39 28 dəfə baxılıb

Rusiya-NATO TOQQUŞMASI: Çexiya ən təhlükəli ssenariyə hazırlaşır


Çexiya ordusunda təcili modernləşdirmə aparmağa hazırlaşır. Ölkə Ukraynada müharibənin mümkün eskalasiyasından narahatdır və bu, Rusiya ilə NATO arasında münaqişəyə çevrilə bilər".

Bunu Çexiya Baş Qərargahının rəhbəri Karel Rzeka deyib.

O hesab edir ki, bu halda ölkəsinin ordusu ilk dəqiqələrdən müharibənin fəal iştirakçısına çevriləcək.

"Biz, ilk növbədə, ən çətin və təhlükəli ssenariyə, yəni qabaqcıl düşmənə qarşı genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq. Ukraynadakı müharibə bütün cəmiyyət üçün böyük həyəcan siqnalıdır. Ukraynada müharibənin eskalasiyası potensialı artmaqda davam edir. Hətta ən ciddi ssenarini də istisna etmək olmaz", - Çexiya Baş Qərargahının rəhbəri xəbərdarlıq edib.

O, hökuməti Çexiya Ordusunun tarixində ən böyük silahlanmaya çağırıb:

"Avropada müharibə yenidən reallığa çevrilib və Şimali Atlantika Alyansının sərhəddində baş verir. Əbədi sülh utopiyadır. Bu böhran üçün xəbərdarlıq dövrü ən azı 2014-cü ildən davam edir. Biz hər şeyin sakitləşəcəyinə ümid edirdik. Amma ümid strategiya deyil".(publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi