xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

ABŞ Dövlət Departamenti Edillidəki kütləvi məzarlıqlar haqqında: “Məsuliyyətə cəlb edilməlidirlər”

7-10-2022, 13:38 25 dəfə baxılıb

ABŞ Dövlət Departamenti Edillidəki kütləvi məzarlıqlar haqqında: “Məsuliyyətə cəlb edilməlidirlər”


“Biz bu uzunmüddətli müharibənin səbəb olduğu insan itkilərindən sarsılmışıq. Yaralılara görə təəssüfləndiyimizi bildirir, həlak olanların ailələrinə isə dərin hüznlə başsağlığı veririk”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən deyib.

O, müharibə dövründə bir çox ailələrin zərər gördüyünü vurğulayıb və bildirib ki, Qarabağ müharibəsi zamanı bu insanların itirdikləri yaxınlarına görə təqsirkarlar cavab verməli, hərbi cinayətlərdə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

“Biz həqiqət və sülhün təşviqi üzrə beynəlxalq səyləri dəstəkləməyə davam edir, bu proseslərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyini hesab edirik”, - deyə Vedant Patel sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkarlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov həmin qalıqların 12 nəfər Azərbaycan hərbçisinə məxsus olduğunu açıqlayıb. Məlumata görə, dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq hərbçilərin şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası da, genetik ekspertiza da 15 gün çəkəcək.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi