xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:42 – Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb 
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 11:53 – Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 

İranda polis məntəqələrinə od vurulub

23-09-2022, 12:47 45 dəfə baxılıb

İranda polis məntəqələrinə od vurulub


İranda davam edən etiraz aksiyalarında sentyabrın 22-də Tehranda və başqa şəhərlərdəki polis məntəqələrinə və avtomobillərinə od vurulub.

Reuters xəbər verir ki, etirazçılar habelə təhlükəsizlik qüvvələrinə, ictimai polis rolunu oynayan Bəsic təşkilatının üzvlərinə hücumlar ediblər.

100 minə yaxın üzvü olan Bəsici, bəzən “əxlaq polisi” də adlandırırlar. Bu təşkilatın üzvləri vətəndaşların şəriət qaydalarına, o cümlədən qadınların hicaba riayət etməsinə nəzarət edirlər.

Sentyabrın 21-də Məşhəddə Bəsicin bir üzvü bıçaqlanaraq öldürülüb. Təsnim və Fars agentliklərinin verdiyi bu xəbər Telegram platformasında yayılıb, çünki hər iki agentliyin saytları bloklanıb. Bəsic üzvünün öldürülməsinə dair rəsmi təsdiq yoxdur.

Təsnim xəbər verib ki, Bəsicin daha bir üzvü Qəzvin şəhərində “qiyamçı və cinayətkarların” törətdiyi atışmada ölüb.

Sentyabrın 21-dən İran hökuməti ölkədən informasiya axınını dayandırmaq üçün İnterneti məhdudlaşdırmağa başlayıb. 22 yaşlı qadının hicab polisi tərəfindən saxlanandan sonra ölümü ölkə boyunca etirazlara səbəb olub.

Londondan yerləşən NetBlocks internetə nəzarət qurumu bildirir ki, İran 2019-cu ilin zorakı noyabr etirazlarından bəri ən sərt internet məhdudiyyətlərinə məruz qalıb. O zaman benzinin qəfil bahalanması böyük etirazlara səbəb olmuşdu. Hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb.

İran hakimiyyəti indiyədək onminlərlə vebsaytı bloklayıb, kritik dönəmlərdə interneti məhdudlaşdırıb, yaxud tamamilə kəsib. 2019-cu ildə internet bağlantısı bir həftəyəcən olmamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi