xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olunub

21-09-2022, 12:32 36 dəfə baxılıb

Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olunub


Müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.

Report xəbər verir ki, etiraz aksiyalarının təşkilatçısı “Vesna” Gənclər Hərəkatıdır.

Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20.00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı “Məzarlaşmağa yox” adlandırıblar.

“Minlərlə Rusiya kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün?

İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub.

Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil - ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər.

Hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar. Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır - qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər”, - hərəkatın bəyanatında vurğulanıb.

Qeyd edək ki, “Vesna” Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda “Gənc Yabloko”, “Oborona” və “Solidarnost” gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi