xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Zelenskidən müharibənin nə vaxt bitəcəyi ilə bağlı AÇIQLAMA

12-05-2022, 09:30 43 dəfə baxılıb

Zelenskidən müharibənin nə vaxt bitəcəyi ilə bağlı AÇIQLAMA


Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Ukraynanın bütün ərazilərini və insanlarını geri qaytarmasından sonra başa çatacaq.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri ilə onlayn görüş zamanı deyib.

“Mən açıq deyirəm: Bizə çox şey lazım deyil... Biz dövlətimizə, torpağımıza sülhü qaytarmaq istəyirik. Rusiya bir-bir əlimizdən bütün hüquqlarımızı aldı: Torpaq hüququmuzu, seçmək hüququmuzu və nəhayət, indi də növbə yaşamaq hüququmuza gəlib çatıb”, - deyə dövlət başçısı bəyan edib.

O izah edib ki, danışıqlar yalnız o baxımdan aparıla bilər ki, Rusiya öz qərarlarının yanlışlığını və fəlakətli xarakterini anlasın, həmçinin Ukraynada törədilən cinayətlərin cəzasını çəkməyə hazır olsun.

Prezident vurğulayıb ki, Ukrayna şəhər və kəndlərində, eləcə də Buça, İrpen və Mariupolda olduğu kimi rusiyalı hərbçilərin törətikləri vəhşiliklər üzə çıxdıqca onlarla danışıqlar aparmağa həvəs azalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi