xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

"Quranı yandırmağın harası fikir azadlığıdır?" - Çavuşoğlu sərt danışdı

20-04-2022, 15:30 29 dəfə baxılıb

"Quranı yandırmağın harası fikir azadlığıdır?" - Çavuşoğlu sərt danışdı


Türkiyənin xarici işlər naziri İsveçdə ifrat sağçı partiyanın lideri Rasmus PaludanınQurani-Kərimin yandırılmasına münasibət bildirib.

"Hürriyet" xəbər verir ki, türkiyəli nazir dinin təhqir edilməsinin ifadə azadlığı ilə əlaqəsi olmadığını söyləyib:

“İndi İsveçdə Qurani-Kərimin polis nəzarəti altında yandırılması nə deməkdir? İsveç bunu fikir, ifadə və fəaliyyət azadlığı hesab edir. Hər hansı bir dinə və ya insanların ziyarətgahına hücumun, məscidə hücumun ifadə azadlığı ilə nə əlaqəsi var? Ann Lindeyə (İsveç Xarici İşlər Naziri) zəng etsəm, o, bir saat mənə hekayələr danışacaq. Ölkəmizdə ifadə azadlığı var, azadlıq var... PKK-ya dəstək verəndə də bunu deyirlər. Bəs siz öz ölkənizdə İŞİD-ə bu şəkildə fürsət verirsinizmi? Bu da terror təşkilatıdır, digəri də. Biz onların hər ikisinə imkan verməməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Danimarkanın ifrat sağçı siyasətçisi Rasmus Paludanın rəhbərlik etdiyi anti-immiqrant və İslam əleyhdarı Hard Line qrupu keçən cümə axşamından bəri Quran yandıran yığıncaqlar keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi