xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Aİ Rusiyadan müharibəni dayandırmağı tələb etdi

25-03-2022, 12:38 177 dəfə baxılıb

Aİ Rusiyadan müharibəni dayandırmağı tələb etdi


Avropa İttifaqına üzv dövlətlər Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı və qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb ediblər.

“İnterfaks-Ukrayna” xəbər verir ki, Aİ sammitinin yekun bəyanatında Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət edilməsi tələb olunub.

Aİ-yə üzv ölkələrin liderləri Rusiyanın hərbi əməliyyatlarının beynəlxalq hüququ kobud şəkildə pozduğunu və dinc əhali arasında kütləvi itkilərə və yaralanmalara səbəb olduğunu qeyd ediblər.

“Rusiya mülki əhaliyə, mülki hədəflərə, o cümlədən xəstəxanalar, tibb müəssisələri, məktəblər və sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlər dərhal dayandırılmalıdır”, - Aİ-nin bəyanatında deyilir.
Qeyd olunur ki, “cinayəti törədənlər və onların əlaltıları beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər”, eyni zamanda Mariupol və Ukraynanın digər şəhərlərinin mühasirəyə alınması, habelə Rusiya silahlı qüvvələri tərəfindən humanitar yardımın buraxılmaması qəbuledilməzdir.

Aİ Rusiya qüvvələrini dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz keçidi, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməyə və bütün digər döyüş bölgələrində qalmış mülki şəxslərin təyinat yerinə təhlükəsiz keçməsinə təcili təminat verməyə çağırıb: “Bütün girovları dərhal azad edin, fasiləsiz humanitar çıxışı təmin edin və humanitar dəhlizlər yaradın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi