xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Talibanın ilk addımları: jurnalistlərə şiddət, idmana qadağa, müxalifətə yox

10-09-2021, 13:16 37 dəfə baxılıb

Talibanın ilk addımları: jurnalistlərə şiddət, idmana qadağa, müxalifətə yox


Əfqanıstanda Talibanının hakimiyyətə gəlməsi ilə bir çox şey dəyişib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Talibanın qoyduğu qadağlara bir çox sahələr kimi idmana da təsir edib.

Əfqanıstanda 1996-2001-ci illərin əksində daha yumşaq idarəetmə vəd edən Taliban verdiyi sözün əksinə əfqan qadınların idman etməsini qadağan edib. Talibanın mədəniyyət komissiyasının sədr müavini Əhmədullah Vasik açıqlamasında qadınların idmanla məşğul olmasının uyğunsuz və gərəksiz olduğunu deyib:

“Qadınların kriket oynaya biləcəyini zənn etmirəm. Çünki kriket oynayan zaman üzlərini və bədənlərini örtə bilməyəcəklər. İslam isə qadınların bu formada görünməsinə icazə vermir”.

Bundan əlavə, Taliban üzvləri payaxt Kabildə onlara qarşı keçirilən etirazları izlədiklərini əsas gətirərək fotomüxbir Nemətullah Naqdi və jurnalist Taqi Daryabini döyüb.
AFP-yə danışan N.Naqdi bir Taliban üzvünün ayağı ilə onun üzünü əzdiyini, başını betona vurduğunu və başına təpik atdığını deyib.

T.Daryabi isə ağrıdan hərəkət edə bilmədiyini söyləyib.
Digər tərəfdən Talibanın İnformasiya nazirinin müavini də açıqlamasında məzhəblərarası qarşıdurmalara səbəb ola biləcəyini əsas gətirərək yeni hökumətin ölkədə siyasi partiyalaraqarşı olduğunu deyib.

Həmçinin Əfqanıstanda qida və neftin qiymətinin sürətlə bahalaşması, Talibanın qadınlara işləməyə icazə verməməsi və ictimai sektorda maaşların azaldılması xalqın gəlir mənbəyinə zərbə vurub.

Talibanın ilk addımları: jurnalistlərə şiddət, idmana qadağa, müxalifətə yoxTalibanın ilk addımları: jurnalistlərə şiddət, idmana qadağa, müxalifətə yox






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi