xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Taliban əsas tərəfdaşının kim olduğunu açıqladı: "Bu Çindir"

3-09-2021, 15:00 144 dəfə baxılıb

Taliban əsas tərəfdaşının kim olduğunu açıqladı: "Bu Çindir"


Taliban Çini özünün əsas xarici tərəfdaşı hesab edir.

“İnterfax” xəbər verir ki, belə bir bəyanatla Talibanın sözçüsü Zabiullah Mücahid çıxış edib.

Mücahid bildiirb ki, Çin ölkəmizə sərmayə qoymaq istəiyini bəyan etməklə bizə fundamental və müstəsna bir fürsət təqdim etmiş olur.

Onun sözlərinə görə, Çin müharibədən sonra döyüşçülərə Əfqanıstanın yenidən qurulmasında da kömək edəcək.

Çinin "Bir kəmər, bir yol" iqtisadi layihəsini yüksək qiymətləndirən Mücahid deyib ki, Pekin bununla "qədim İpək Yolunu" canlandırmağa çalışır.

Mücahid onu da bildirib ki, Taliban Əfqanıstanın mədən sənayesini yenidən qurmaq üçün Pekinin köməyinə arxalanır. O xüsusilə Əfqanıstandakı mis mədənlərinin işlənməsini dilə gətirib: “Məhz çinlilərin sayəsində bu sahədə istehsal yenidən başlaya və modernləşdirilə bilər”.

Mücahid sonda Çini Kabil üçün "dünyanın bütün bazarlarına çıxışı" adlandırıb.

Qeyd edək ki, Taliban Türkiyə ilə də əməkdaşlıq etməkdə maraqlıdır. Taliban Ankaradan Əfqanıstanın səhiyyə, təhsil, iqtisadiyyat, tikinti və energetika sahəsində onlara yardım etməsini istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi