xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Türkiyədə leysan yağdı, evləri su basdı - FOTOLAR

10-08-2021, 12:23 59 dəfə baxılıb

Türkiyədə leysan yağdı, evləri su basdı - FOTOLAR


Türkiyədə leysan yağışları müxtəlif bölgələrdə fəsadlar törədib.
"Qafqazinfo" xəbər verir ki, dünən axşam saatlarında Kahramanmaraşda başlayan yağış səbəbindən daşqın baş verib.

Məlumata əsasən, Türkören və Geçit adlı ərazilərdən keçən Söğütlü çayı daşıb.

Daşqın nəticəsində bəzi evləri, iş yerlərini və tövlələri su basıb. Daşqın baş verən ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.

Həmçinin daşqın baş verən ərazilərdə həlak olan və xəsarət alan olmayıb.

Kahramanmaraş ilə yanaşı Ordu da leysan yağışlarının təsirlərinə məruz qalıb. Belə ki, Ordunun Ünye adlı bölgəsində 36 mənzilli bir bina təhlükə ilə üzləşib.

Bildirilir ki, binanın ətrafında torpaq sürüşməsi baş verdiyindən və istinad divarına zərər dəydiyindən binanın sakinləri təxliyyə edilib və həmin əraziyə giriş məhdudlaşdırılıb.

Bununla yanaşı, Tabakhane dərəsində suyun səviyyəsinin yüksəlməsi ilə bağlı lazımi tədbirlər görülüb. Dərənin üzərindəki körpü bağlanılıb və körpüdən həm piyadaların, həm də maşınların hərəkətinə qadağa qoyulub.

Həmçinin iş yerlərinə dolan su iş yerləri sahibləri və bələdiyyə işçiləri tərəfindən boşaldılıb.

Türkiyədə leysan yağdı, evləri su basdı - FOTOLARTürkiyədə leysan yağdı, evləri su basdı - FOTOLARTürkiyədə leysan yağdı, evləri su basdı - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi