xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Rusiya: "Əfqanıstanda ABŞ-ın İŞİD-lə əməkdaşlığına dair dəlillər var"

23-07-2021, 11:16 68 dəfə baxılıb

Rusiya: "Əfqanıstanda ABŞ-ın İŞİD-lə əməkdaşlığına dair dəlillər var"


“İŞİD terrorçularının fəaliyyət dairəsi içərisində, xüsusilə Əfqanıstanın şimalında 2017-ci ildən bu vaxta qədər qeydə alınan işarəsiz helikopter uçuşları ilə bağlı suallarımız oldu”.

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əfqan mənbələrinə görə, avianəqliyyat vasitələri ilə İŞİD qruplaşmalarına canlı qüvvə, silah-sursat daşınıb, döyüş zonalarından ölü və yaralı terrorçular çıxarılıb” – Zaxarova söyləyib.

XİN sözçüsü bir neçə dəfə səsləndirilən bu məlumatların beynəlxalq təşkilatların diqqətini çəkməsi gərəkdiyini bildirib:

“Əfqanıstan hava sahəsinə tamamilə nəzarət edən ABŞ və NATO qüvvələrinin məlumatı olmadan bu cür fəaliyyətlər reallaşdırıla bilməzdi. İŞİD-lə qarşıdurmaya girən Taliban mövqelərinə qarşı ABŞ Hərbi Hava Qüvvələrinin atışları qeydə alınıb. Bu məlumatların ABŞ-la İŞİD terrorçuları arasında əməkdaşlıq olduğunu demək üçün kifayət etdiyinə inanırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi