xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İngiltərədə 2 nəfərdə meymun çiçəyi virusu aşkarlandı

11-06-2021, 12:13 244 dəfə baxılıb

İngiltərədə 2 nəfərdə meymun çiçəyi virusu aşkarlandı


İngiltərədə 2 nəfərdə meymun çiçəyi virusu aşkar edilib.

“Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Virusun rəsmi şəkildə təsdiqləndiyi, hər iki nəfərin bu virusa xarici ölkədə yoluxduğu qeyd olunub.

İngiltərə rəsmiləri yoluxan şəxslərin şəxsiyytini və hansı ölkədə yoluxduqlarını açıqlamayıb.

Xəstələrin mayın ilk həftələrində yoluxduğu, İngiltərəyə qayıdan kimi pandemiyaya uyğun olaraq karantinə götürüldükləri qeyd olunub.

İngiltərə səhiyyə nazirliyi vəziyyəti standart adlandırıb və bu cür epidemiyalarala hər zaman qarşılaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, meymun çiçəyi virusuna əsasən Orta və Qərbi Afrikada rast gəlinir. Bu, dəridə qabarcıqlarla müşahidə olunan, meymunlar, siçanlar, sincablar və digər kiçik məməlilər tərəfindən yayılan nadir tropik xəstəlikdir.

Alimlər bu virusun insandan insana keçmə ehtimalının çox az olduğu üçün koronavirus kimi geniş yayılmayacağını bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi