xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Putin 11 sentyabr terroru barədə Amerikanı xəbərdar etmişdi – Açıqlama

6-09-2019, 10:41 52 dəfə baxılıb

Putin 11 sentyabr terroru barədə Amerikanı xəbərdar etmişdi – Açıqlama

2001-ci ildə Vladimir Putin prezident Corc Buşa ABŞ-da terror aktlarının hazırlana biləcəyi barədə məlumat verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə MKİ-nin keçmiş analitiki Corc Bibi yazıb.

Bibi özünün “Rus tələsi: Rusiya ilə kölgə savaşımız nüvə fəlakətinə necə çevrilə bilər” kitabında yazır ki, Putin 11 sentyabrdan iki gün əvvəl amerikalı həmkarına zəng edərək, “Rusiya kəşfiyyatı uzun müddət əvvəldən hazırlıq işləri aparılan və Əfqanıstandan gəlməsi gözlənilən terror kampaniyasının əlamətlərini aşkar edib”, – deyə bildirib.

Keçmiş analitik xatırladıb ki, 11 sentyabr hücumlarından sonra ABŞ-a dəstək nümayiş etdirmək üçün Buşa zəng edən ilk xarici dövlət başçısı da Putin olub.

Bibinin kitabı bu həftə Amerikada nəşr olunub. Onun müəllifi əvvəllər Rusiya ilə əlaqəli MKİ-nin analitik şöbəsinə rəhbərlik etmiş və hazırda Vaşinqton ekspert mərkəzinin milli maraqlar üzrə vitse-prezidenti vəzifəsində çalışır.

Qeyd edək ki, Kremlin internet saytındakı xəbər arxivində V.Putinlə C.Buş arasında telefon danışığı haqqında 10 sentyabr 2001-ci il tarixli bir məlumat var. Zəngin ABŞ-ın təşəbbüsü ilə reallaşdığı və danışıq zamanı Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinə, eləcə də ən yüksək səviyyədə Rusiya-Amerika danışıqlarına hazırlıq işlərinin müzakirə olunduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi