xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

26-02-2021, 11:33 74 dəfə baxılıb

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı


“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, löhvələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi