Qarabağ müharibəsində rüsvayçı şəkildə məğlub olan Ermənistanda kapitulyasiyadan sonra da qalmaqallar səngimək bilmir. Belə ki, Ermənistan hökuməti müqavilə əsasında xidmət edən hərbçilərinə onların gözlədiklərinin əksinə maaşlarını yarıbayarı ödəyib.
Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında “Ermənistanda fərarilər üsyan edir, Xocavənd istiqamətində sahibsiz itlər zərərsizləşdirildi” başlıqlı videosunda qeyd olunub.
Erməni hərbçilər söz verilmiş 250 min dram (520 dollar) əvəzinə, bu pulun yarısını əldə edə biliblər. Üstəlik burada söhbət sadəcə onların maaşlarından gedir, müharibə və ön xətdə xidmətlə bağlı nəzərə tutulmuş əlavə ödənişlər isə heç hesaba belə alınmayıb.
İcevandan olan müqavilə əsasında xidmət edən hərbçilər maaşlarını əlavələrlə alacaqlarını gözləsələr də erməni hökuməti onları yanıldıb.
Qeyd edək ki, Ermənistan rəhbərliyi müharibə dövründə dəfələrlə kütləvi fərarilik halları ilə bağlı açıqlamalar verib. Belə olan halda isə “Caliber” haqlı olaraq məsələnin əsl mahiyyətini ortaya çıxaran belə bir sual verib: “Ermənistan hökuməti nəyə görə öz qorxaq, fərari əsgərinə pul ödəməlidir?”.
“Caliber” həmçinin videoda Xocavənd istiqamətində müzəffər ordumuzun bölmələri tərəfindən erməni əsgərlərinin məhv edilməsinə də yer verib. Qeyd olunub ki, “sahibsiz itlər”in təmizlənməsinə onların ən sonuncusu əsir götürülənə və zərərsizləşdirilənə qədər davam ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.