xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO

11-10-2019, 16:05 74 dəfə baxılıb

Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının iclası zamanı maraqlı çıxışı ilə yadda qalıb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb. Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib:

“Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib. İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:

“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistan Baş naziri Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb, eləcə də ermənilərin təkcə SSRİ ordusunda yox, həm də Avropa Müqavimət Hərəkatında vuruşduğunu bildirib:

“Biz həmin illərin tarixi hadisələrinin obyektiv işıqlandırılması istiqamətində istənilən konstruktiv addımları dəstəkləyirik və onların subyektiv interpretasiyası cəhdlərinə qarşı çıxırıq. Təəssüf ki, İlham Heydəroviçin nitqində biz belə cəhdləri gördük” .

Paşinyan daha sonra Njdeyə haqq qazandırmaq üçün guya onun Türkiyənin Ermənistanı işğal etməsinə qarşı vuruşduğunu deyib:

“Belə təəssürat yaranır ki, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Doğrusu odur ki, Njde Ermənistanın türk işğalına və “erməni soyqırımı”na qarşı mübarizə aparıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi