xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Şuşanın azad edilməsi Nyu-Yorkda belə qeyd edildi

9-11-2020, 11:31 66 dəfə baxılıb

Şuşanın azad edilməsi Nyu-Yorkda belə qeyd edildi


ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib.

Report xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar.

Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.

Üzərində “Qarşıla bizi, Şuşa!”, “28 ilin həsrət adamları gəlir”, “Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev”, eyni zamanda Şuşa şəhəri haqqında ingilis dilində məlumatların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın yürüş ərzində avtomobil karvanını önündə hərəkət edib.

ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz mərkəzi meydanlardan birində dayanıblar. Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna təşəkkürlərini dilə gətirən Azərbaycan icmasının aktivləri sonda musiqi sədaları ilə rəqs ediblər.

Şuşanın azad edilməsi Nyu-Yorkda belə qeyd edildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi