xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Almaniya kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

22-10-2020, 10:55 57 dəfə baxılıb

Almaniya kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı


Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.
Reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir. Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır.

Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər. Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.

Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.

Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalacanağına inandıqlarını söyləyirlər.

Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi