xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Xoyskinin nəvəsi: "Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”

30-09-2020, 11:04 36 dəfə baxılıb

Xoyskinin nəvəsi: "Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”


“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.

“Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım bir qədər zəif eşidir, ona görə də televizora yaxın otururam. Onlara deyirəm ki, hər şey yaxşı olacaq, heç narahat olmasınlar. Azərbaycan oğulları ilə fəxr edirəm və Azərbaycan əsgəri üçün bütün günü dua edirəm. Artıq torpaqlarımızın bir hissəsi geri alınıb. Azərbaycan əsgərləri dayanmadan irəli getsinlər. Hiss edirəm ki, nəhayət, Qarabağa getməyə hazırlaşa bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların qanı yerdə qalmayacaq”, - Leyla xan Xoyski bildirib.

Qeyd edək ki, Leyla xan Xoyski Türkiyədə yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi