xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar

16-09-2020, 11:26 160 dəfə baxılıb

“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar


Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan “BakuBus” MMC-yə məxsus avtobus deposuna gecə saatlarında mediatur təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, iş rejiminin sonunda depoya qayıdan hər bir avtobus qaraja daxil olmadan yoxlanılır. Bu zaman avtobusun salonunda sərnişinlərə məxsus hər hansı bir əşya tapılarsa, müvafiq məntəqəyə təhvil verilir.

Avtobuslar depoya daxil olduqdan növbəti gün xəttə çıxanadək bütün prosedurlar qaydalara uyğun olaraq tənzimlənir. İctimai nəqliyyat vasitəsi daxili sürücüyə təhvil verilir və o, avtobusları əvvəlcə vizual olaraq yoxlayır. Sürücü avtobusun mövcud vəziyyətini yoxlamaq üçün qaraj daxilində müvafiq akt əsasında yoxlama sürüşü edir. Nasazlıq aşkarlandığı təqdirdə nəqliyyat vasitəsi təmir mərkəzinə təhvil verilir. Mərkəzdə “Iveco” şirkətinin mütəxəssisləri tərəfindən təlim görmüş ustalar sözügedən nasazlığı aradan qaldırmaqla məşğul olurlar. Avtobus xəttə çıxa bilmədiyi təqdirdə, rezerv nəqliyyat vasitəsindən istifadə edilir.

Bu prosedur həyata keçirildikdən sonra avtobuslar avtoyumaya təhvil verilir. Mövcud vəziyyətə uyğun olaraq avtobuslarda əvvəlcə dezinfeksiya işləri aparılır və sonra yuyulur.

Depoda həmçinin avtobusların yanacaqla təmin olunması üçün infrastruktur yaradılıb. Müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalarla təchiz olunmuş stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstərmək mümkündür.

Hazırda depoda 450-dən artıq avtobusa xidmət göstərilir.

Fotolar: Pərvin Zeynal


“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi