xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Xüsusi karantin rejiminin pozulduğu hoteldən AÇIQLAMA — VİDEO

6-07-2020, 12:10 119 dəfə baxılıb

Xüsusi karantin rejiminin pozulduğu hoteldən AÇIQLAMA — VİDEO


“Hyatt Regency Baku” hoteli sosial şəbəkələrdə karantin qaydalarının pozulmasını əks etdirən videoya münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, hotelin gigiyena və sağlamlıq üzrə meneceri Ramin Əzizov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan video sərt karantin rejimindən əvvəl çəkilib:

“Hotelimizdə ölkədə elan edilən karantin qaydalarına riayət edilir. Yayılan görüntülər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə elan edilən karantin rejiminin yumşaldılması zamanı çəkilib. Operativ qərargahdan soruşmuşduq ki, hotelin qonaqları daxili hovuzun kənarında otura bilərlər?

Onlar bildirdilər ki, hovuz hotelin daxilindədisə, sosial məsafə qorunmaq şərti ilə olar. Şəkillər və video o zaman çəkilib. Sərt karantin olan kimi hoteldə olan qonaqlara məlumat verildi ki, hovuz ətrafına düşməyə icazə verilmir. İstədiyiniz zaman gəlib baxa bilərsiniz”.

R.Əzizov bildirib ki, hotelə daxil olan qonaqların, işçilərin hərarəti yoxlanılır:

“Hotelin restoranında masalar arasındakı ara məsafə iki metr müəyyən edilib. Əgər qonaqlar ailə deyilsə, hər stolda iki nəfərdən artıq oturulmasına icazə verilmir”.
“Ötən gün Daxili İşlər Nazirliyi tərəfindən “Hyatt Regency Baku” hotelinə baxış keçirilib. Gördülər ki, hovuz kənarında kimsə yoxdur, qaydalara əməl edilir”, - deyə hotel rəsmisi qeyd edib.

Xatırladaq ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.

Eyni zamanda, “Hyatt Regency Baku” hotelində karantin qaydalarının pozulmasını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi