xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"

Dün, 16:00 1 dəfə baxılıb

"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"


Bakıda ictimai nəqliyyatda interval və avtobus çatışmazlığı problemi yenidən pik həddə çatıb. Sentyabrın 6-dan etibarən paytaxt sakinlərinə müjdə kimi təqdim edilən və metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" istiqamətində fəaliyyətə başlayan M7 nömrəli ekspres marşrutu sərnişinlərin ümidlərini doğultmadı.

İlk günlərdə nisbətən normal qrafiklə işləyən M7 avtobusları son günlərdə sanki "qeybə çəkilib".

Hər gün səhər saatlarında "20 Yanvar" stansiyasının yaxınlığında yaşanan mənzərə isə sakinləri hövsələdən çıxarır. Sakinlərin sözlərinə görə, eyni dayanacaqda M4 (“20 Yanvar” - “Koroğlu”) və M5 (“20 Yanvar” - “Gənclik”) xətləri üzrə hərəkət edən 10-a yaxın avtobus yan-yana düzülüb növbə gözlədiyi halda, sıxlığın ən çox olduğu M7 istiqamətinə tək bir avtobus belə tapılmır.

Nəqliyyatın tənzimlənməsindəki bu açıq-aşkar disbalans yüzlərlə insanın hər səhər işə və dərsə gecikməsinə səbəb olur. Dayanacaqlarda uzun növbələr yarandığını bildirən sərnişinlər bu mənzərədən baş aça bilmirlər:

"M7 xətti açılanda sevindik ki, şəhərin Həzi Aslanov istiqamətinə gedən sərnişinlərin yükü yüngülləşəcək. Amma cəmi bir neçə gün çəkdi. İndi M7 avtobusunu ən azı 25-30 dəqiqə gözləməli oluruq. Eyni vaxtda gözümüzün qabağında M4 və M5 xəttinin avtobusları sıra ilə düzülür, amma M7-dən xəbər-ətər yoxdur. Bu planlamanı kim edir? Əgər bir xəttə avtobus çatdırmırsınızsa, niyə adını "ekspres" qoyub insanları aldadırsınız? Hər gün rəhbərliklə üz-üzə qalırıq, işə gecikməkdən bezmişik!"

Qeyd edək ki, M7 marşrutunun əhatə etdiyi "Qara Qarayev" - "Həzi Aslanov" xətti Bakının ən sıx məskunlaşmış ərazilərini birləşdirir və bu istiqamətdə nəqliyyat tələbatı dəfələrlə çoxdur.

Buna baxmayaraq, xəttə yetərli sayda avtobus buraxılmaması və intervalların çox olması bütöv bir istiqamətin hərəkətini iflic edib.

Sakinlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) və aidiyyəti qurumlardan M7 xəttindəki avtobusların sayını artırmağı və intervalları bərpa etməyi xahiş edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi