İsrailin Baş naziri Binyamin Netanyahu ölkədəki daxili siyasi mübarizə və gözlənilən seçkilər fonunda müxalifətə qarşı kəskin iddialarla çıxış edib.
Hökumət başçısı siyasi rəqiblərinin hakimiyyətə gələcəyi təqdirdə ölkənin milli təhlükəsizlik maraqlarına böyük zərbə vuracağını bəyan edib.
Netanyahu öz açıqlamasında bildirib: "Əgər müxalifət qələbə qazanarsa, onlar Fələstin dövləti yaradacaqlar. Onlar ordumuzu Livandan və Qəzza sektorundan tamamilə çıxaracaqlar. Ən əsası isə İrana və onun təhdidlərinə qarşı heç bir addım atmayacaqlar".
İsrail Baş naziri vurğulayıb ki, hazırkı hökumətin hərbi və diplomatik strategiyası ölkənin suverenliyini və regional təhlükəsizliyini qorumağa yönəlib. Müxalifətin mümkün hakimiyyəti isə Netanyahunun fikrincə, Tel-Əvivin regional mövqelərini zəiflədə və düşmən qüvvələrin bölgədə möhkəmlənməsinə şərait yarada bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.