Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
” Oxu.az xəbər verir ki, hazırda Nazirlər Kabineti (nk.gov.az), Fövqəladə Hallar Nazirliyi (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyi (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.
Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.