xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Bugün, 09:00 1 dəfə baxılıb

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama


Sosial şəbəkələrdə insanların xəbəri və razılığı olmadan səs yazılarının qeydə alınaraq paylaşılması hallarına rast gəlinir. Bəzən bu cür paylaşımlar şəxsi mübahisələrin ictimailəşdirilməsi, bəzən isə hansısa hadisə ilə bağlı məlumatın yayılması məqsədi daşıyır.

Vətəndaşın səsini icazəsiz yazmaq və paylaşmaq qanunidirmi?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, vətəndaşın səsinin onun xəbəri və razılığı olmadan gizli şəkildə yazılması, xüsusilə də həmin səs yazısının sosial şəbəkələrdə və ya mediada paylaşılması hüquqi məsuliyyət yarada bilər:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ vardır. Başqa şəxsin şəxsi həyatı barədə məlumatların, o cümlədən səs yazısının onun razılığı olmadan toplanması, saxlanması, istifadəsi və yayılması yolverilməzdir. Bəzi hallarda isə istisnalar mövcuddur. Məsələn, səs yazısının hüquq-mühafizə orqanları tərəfindən məhkəmə qərarı əsasında və ya əməliyyat-axtarış fəaliyyəti çərçivəsində aparılması mümkündür.

Həmçinin şəxsin ictimai yerdə açıq çıxışı zamanı səsləndirdiyi məlumatların qeydə alınması fərqli hüquqi qiymətləndirilə bilər. İcazəsiz səs yazılması və yayılması əməlin xarakterindən və nəticələrindən asılı olaraq cinayət və ya mülki məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Əgər səs yazısı şəxsi və ya ailə həyatının sirrini təşkil edən məlumatları əhatə edirsə, əməli törədən şəxs qanunvericiliyə uyğun olaraq cərimə, ictimai işlər, islah işləri və digər cəza növləri ilə üzləşə bilər. Ağırlaşdırıcı hallarda daha ciddi cəza tədbirləri də tətbiq oluna bilər”.

Hüquqşünas əlavə edib ki, bundan başqa, zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edə bilər:

“O, səs yazısının internet resurslarından silinməsini, zəruri hallarda təkzib verilməsini, həmçinin şərəf, ləyaqət və işgüzar nüfuzuna vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsini tələb edə bilər. Səs yazısının icazəsiz yayıldığını müəyyən edən şəxs ilk növbədə sübutları toplamalıdır. Bunun üçün paylaşımın edildiyi səhifənin, kanalın və ya profilin linki saxlanmalı, ekran görüntüləri və mümkün olduqda ekran videosu qeydə alınmalıdır. Sübutların notariat qaydasında təsdiqlənməsi də onların sonradan hüquqi prosesdə istifadəsini asanlaşdıra bilər. Daha sonra paylaşımın yerləşdirildiyi sosial şəbəkəyə müraciət edilərək məxfilik hüququnun pozulması əsas gətirilməklə həmin materialın silinməsi tələb oluna bilər. Eyni zamanda, hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündür. Əməldə cinayət tərkibinin olması ehtimal edilirsə, polis orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına və prokurorluğa müraciət edilə bilər. Şəxs həmçinin mənəvi və maddi zərərin ödənilməsi, eləcə də səs yazısının məcburi qaydada silinməsi tələbi ilə məhkəməyə müraciət edə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi