xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

17-06-2026, 09:35 5 dəfə baxılıb

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?


Yaşayış binalarında qaraj və avtomobil dayanacaqlarının fərqli məqsədlərlə obyekt kimi istifadə olunması halları geniş yayılıb. Həmin ərazilər çox vaxt anbar, emalatxana, mağaza və ya kommersiya fəaliyyəti üçün icarəyə verilir. Bu vəziyyət təhlükəsizlik və qanunvericiliyə uyğunluq baxımından müxtəlif suallar yaradır. Zirzəmi və qaraj hissələrinin təyinatından kənar işlədilməsi sakinlərin narahatlığına səbəb olur. Bu cür dəyişikliklər yanğın təhlükəsizliyi, havalandırma sistemi və giriş-çıxış yolları baxımından risklər formalaşdırır.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əgər həmin qaraj daşınmaz əmlakın dövlət reyestrində məhz qaraj təyinatlı obyekt kimi qeydiyyatdan keçibsə və buna dair rəsmi çıxarışı varsa, onun istifadəsi qanunvericilik çərçivəsində qiymətləndirilir:

“Yəni ilk növbədə obyektin hüquqi statusu müəyyən olunmalıdır. Qarajın çıxarışında hansı təyinat göstərilibsə, əsas istifadə forması da həmin təyinata uyğun olmalıdır. Əgər mülkiyyətçi həmin sahəni obyekt, mağaza, anbar və ya xidmət sahəsi kimi istifadə etmək istəyirsə, bu halda təyinatın dəyişdirilməsi məsələsi ortaya çıxır. Təyinat dəyişikliyi isə aidiyyəti dövlət qurumlarının razılığı və müəyyən prosedurlar əsasında həyata keçirilə bilər. Əks halda qarajın fərqli məqsədlə istifadəsi qanunvericilik baxımından mübahisəli hesab oluna bilər. Bundan əlavə, yaşayış binalarında yerləşən qarajların kommersiya məqsədilə istifadəsi digər sakinlərin hüquqlarına mane olmamalıdır. Xüsusilə giriş-çıxış yollarının bağlanması, səs-küy, təhlükəsizlik və sanitariya qaydalarının pozulması halları ciddi hüquqi məsuliyyət yarada bilər. Əgər həmin sahədə aparılan fəaliyyət yanğın təhlükəsizliyi normalarına uyğun deyilsə və ya ümumi istifadədə olan ərazilərə müdaxilə edilirsə, aidiyyəti qurumlar tərəfindən müdaxilə oluna bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi