xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK

Bugün, 10:51 3 dəfə baxılıb

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK


Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğunu bildirib.

"Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar "öz evimin qabağıdır" arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur".

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.

Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi